“Bir dəqiqə yerimdə dura bilmirdim” – Tuxel
PSJ-nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının yarımfinalında “Leyptsiq”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Tuxel, 3:0 hesabıyla bitən görüşü belə şərh edib:
“Bir dəqiqə yerimdə dura bilmirdim. Mənim üçün ən vacib olan necə müdafiə olunacağımızı görmək idi. Bu gün ruhun, xarakterin və yüksək səviyyənin birləşməsini gördük.
Oyun planımıza sadiq qaldıq. Mümkün qədər boşluqları doldurmağa və rəqibin hücumlarının qarşısını almağa çalışdıq. Neymar və Anxel Di Mariya da rəqibin yarımmüdafiəsini sürətli keçməyi bacardılar.
Böyük taktiki dəyişikliklər etmədim. Rəqibə qarşı bir planımız var idi və onun üzrə hazırlaşdıq. Futbolçularım qələbəyə nə qədər ac olduqlarını bir daha göstərdilər”.
PSJ klub tarixində ilk dəfə ÇL-in finalına yüksəlib.
Bizi Facebook-da izləyin