Neymar “Real”la oyunda olacaq? – Poçettinodan açıqlama
PSJ-nin baş məşqçisi Maurisio Poçettino komandayla məşqlərə başlayan Neymarla bağlı açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı mütəxəssis, braziliyalı hücumçunun Çempionlar Liqasında “Real”a qarşı oynayıb-oynamayacağını hələ bilmədiyini deyib:
“Neymar yaxşıdır, lakin zədədən yeni qayıtdığı üçün Liqa 1-də “Renn”lə matçda olmayacaq. Onun “Real”la oyunda oynayıb-oynamayacağını bilmirəm. Görək, necə olacaq.
Hər oyunçu belə vacib matçlarda iştirak etmək istəyir. Lakin onlar zədələrini də nəzərə almalıdırlar. Fiziki durumu istədiyimiz vəziyyətdə olsa, “Real”la matçda ola bilər”.
PSJ ilə “Real” arasındakı ilk matç fevralın 15-də, Fransada olacaq. Cavab matçı isə bir həftə sonra Madriddə keçiriləcək.
Bizi Facebook-da izləyin