“Yadımdadır, Messi “Espanyol”a keçməyə yaxın idi”
PSJ-nin baş məşqçisi Maurisio Poçettino açıqlama verib.
Komanda.az xəbər verir ki, İspaniyanın “Cadena Ser” nəşrinə danışan argentinalı mütəxəssis, “Espanyol”da çalışarkən “Barselona”nın hücumçusu Lionel Messi ilə müqavilə imzalamağa yaxın olduqlarını bildirib:
“Espanyol”da olarkən daim komandaya ən yaxşı futbolçuları gətirmək istəyirdim. Yadımdadır, Messi “Espanyol”a keçməyə yaxın idi. Onu icarə əsasında heyətimizə qatacaqdıq. Lakin Joan Gamper kubokunda mükəmməl oyun sərgilədi. Bundan sonra “Barselona” rəhbərliyi fikrini dəyişdi”.
Poçettino 2009-2012-ci illər aralığında “Espanyol”u çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin