
“Nəticəyə görə hamımız məyusuq” – Poçettino
PSJ-nin baş məşqçisi Mauirisio Poçettino Çempionlar Liqasında “Leyptsiq”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalı mütəxəssis, 2:2 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Oyunumuzdan razı qaldığımı demək çətindir. Nəticəyə görə hamımız məyusuq. 3 xal qazanmaq üçün kifayət qədər şans yaratdıq. Ümumilikdə, nəticənin ədalətli olduğunu deyə bilərəm.
Oyunu düzgün təhlil etməli, rəqibin gücünü nəzərə almalıyıq. “Leytpsiq” çox yaxşı komandadır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin