“Oyundan sonra hamı qərar verir, hamı baş məşqçi olur” – Tuxel
PSJ-nin baş məşqçisi Tomas Tuxel Liqa 1-in 7-ci turunda “Reyms”ə məğlub olduqları oyundan sonra açıqlama verib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Tuxel, 0:2 hesabıyla məğlub olduqları görüşü belə şərh edib:
“Bu məğlubiyyətin günahkarı mənəm. Oyundan əvvəl qərarları mən verdim. Ancaq oyundan sonra hamı qərar verir, hamı baş məşqçi olur.
Bu nəticə çox məyusedici oldu. “Reyms” bu qələbəyə layiq idi. Nə oyun sürətimiz var idi, nə də istəyimiz. Səbəbini bilmirəm. Kollektiv oyun oynaya bilmədik. 15 dəqiqə yaxşı oynadıq, sonra yenə intizamımızı itirdik. Sonra Erik Çupo-Motinqi də itirdik. Heyətimizdə 4 “9 nömrə”miz var, ancaq meydanda biri də yox idi. “Reyms” əlinə düşən ilk fürsəti qola çevirdi. Ondan sonra oyun çox qarışdı”.
Bizi Facebook-da izləyin