Tuxeldən 0:1-ə şərh
PSJ-nin baş məşqçisi Tomas Tuxel Liqa 1-də “Lans”a məğlub olduqları ilk turun matçından sonra açıqlama verib.
Komanda.az xəbər verir ki, alman mütəxəssis, 0:1 hesabıyla uduzduqları görüşlə bağlı bunları deyib:
“Qol vurmaq üçün çalışdıq, amma razıyam ki, bunun üçün şans yarada bilmədik. Əsas futbolçularımızı itirmişik. Rəqibin səhvlərindən istifadə etməyi bacarmadıq. Bərabərlik ümid etdiyimizin ən yaxşısı idi”.
PSJ “Lans”la oyuna ciddi itkilərlə çıxmışdı. Paris klubunda bir neçə gün əvvəl koronavirusa yoluxan Kilian Mbappe, Anxel Di Mariya, Neymar, Leandro Paredes, Mauro İkardi, Markinyos və Keylor Navas “Lans”la oyunu buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin