PSJ-nin baş məşqçisi saxlanıldı

PSJ-nin baş məşqçisi Kristofer Qalte və oğlu Con-Valoviç Qalte saxlanılıb.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, onlar irqçilikdə ittiham olunurlar.

İddiaya görə, 57 yaşlı mütəxəssis “Nitsa”da işləyərkən idman direktoruna deyib ki, komandada bu qədər qaradərili və müsəlman futbolçu olmamalıdır.

Artıq Qalte ilə oğlunun ifadəsi alınıb.

Daha əvvəl PSJ-nin Qalteni istefaya göndərdiyi deyilirdi.

Liqa 1 təmsilçisi 2022/23 mövsümünü Fransa çempionu kimi başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button