“Günahkar mənəm” – Poçettino
PSJ-nin baş məşqçisi Maurisio Poçettino Fransa çempionatının 26-cı turunda “Monako”ya məğlub olduqları matçdan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı mütəxəssis, 0:2 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“Bu oyun “Barselona” ilə görüşdəkindən fərqli idi. Fərqli turnirlər çərçivəsində keçirilən oyunlardır. Matça yaxşı başlasaq da, qol buraxdıq. Topa sahib olmada üstünlük bizdə olsa da, “Monako” yaxşı müdafiə olundu.
Komanda qalib gəlmirsə, buna cavabdeh olan ilk şəxs mənəm. Günahkar mənəm, bütün məsuliyyət məndədir. Çempionluq uğrunda güclü mübarizə gedir. Sona qədər davam edəcəyik və qalib olmağa çalışacağıq”.
PSJ Fransa çempionatında 54 xalla 3-cü sıradadır. Lider 58 xalla “Lill”, 2-ci isə 55 xalla “Lion”dur.
Bizi Facebook-da izləyin