Poçettino: “Əsas məqsədimiz Çempionlar Liqasını qazanmaqdır”

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasında “Barselona”ya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı mütəxəssis, bu mövsüm əsas hədəflərinin Çempionlar Liqasını qazanmaq olduğunu deyib:

“Artıq 40 gündür burdayam, mənim üçün xüsusi bir oyun olacaq. Bu matçın komanda üçün necə vacib olduğunu hiss edirəm. Əsas məqsədimiz Çempionlar Liqasını qazanmaqdır.

Oyuna hazırlaşmışıq, bəzi vacib futbolçularımız bu matçı buraxacaq. Komanda əvvəlki deyil, mən burda yeni bir şey qurmağa çalışıram. Komandada möhtəşəm atmosfer var və hər bir futbolçu klub tarixi üçün nəsə etmək istəyir”.

“Barselona” – PSJ matçı bu gün saat 00:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button