Zidan Poçettinonu maraqlandırmır

PSJ-nin baş məşqçisi Maurisio Poçettino adı klubla hallanan fransalı mütəxəssis Zinəddin Zidanla bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı mütəxəssis, Zidanın onun yerinə gətiriləcəyi iddialarıyla bağlı bunları söyləyib:

“Zidan məsələsini bilmirəm. Onunla bağlı qərar məni maraqlandırmır. Zidan möhtəşəm baş məşqçidir. Həqiqət budur. Bu məsələ ilə bağlı qərarı klubun idman direktoru və prezidenti verəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button