“Uduzmaqdan qorxduğumuzu hiss etdim” – Tuxel
PSJ-nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasında “Brügge”ni məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, 1:0 hesabıyla qalib gəldikləri matçı belə şərh edib:
“Çətin oyun olacağını bilirdik. “Brügge” bu günə kimi 25 matç keçirib və yalnız bizə uduzub. İlk 15 dəqiqə çox top itkisi etdik. Daha sonra oyuna qayıtdıq və üstün tərəf olduq. Penalti epizodundan sonra uduzmaqdan qorxduğumuzu hiss etdim. Nə də olmasa, 4 oyuna qol buraxmamaq vacibdir.
Uğura ac komandayıq. Qrupdan çıxmağı sığortaladıq, ancaq qarşıda iki oyunumuz var. “Real” və “Qalatasaray” oyunu bizim üçün test olacaq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin