PSJ-nin baş məşqçisi irqçilikdə ittiham olunur

Fransanın PSJ klubunun baş məşqçisi Kristof Qalte vaxtilə çalışdırdığı “Nitsa”da irqi ayrı-seçkilik etməkdə ittiham olunur.

Komanda.az xəbər verir ki, bu barədə “Nitsa”nın keçmiş idman direktoru Jülyen Furnye “RMC Sport”-a bildirib.

O, bir vaxtlar birgə çalışdığı məşqçi ilə fikir ayrılığı yaşadığını deyib. Furnye hələ o vaxt klub rəhbərlərinə elektron məktub göndərib və orada Qaltenin qəribə ifadələrinə diqqət çəkib:

“Qalte mənə dedi ki, yerli reallıqları nəzərə alsaq, “Nitsa”da bu qədər çox qaradərili və müsəlman oynaya bilməz. Restoranda adamlar mənə yaxınlaşaraq heyətdə qaradərili futbolçuların çox olduğundan şikayətlənir”.

Bu xəbər ortaya çıxdıqdan sonra Fransada Qalteyə qarşı böyük narazılıqlar baş qaldırıb. Hətta PSJ-nin aparıcı fanat qrupları onun dərhal komandadan kənarlaşdırılmasını tələb edirlər.

Paris klubu məsələnin araşdırıldığını açıqlayıb. Deyilənlər təsdiqini tapsa, Qaltenin PSJ-dən qovulması istisna edilmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button