PSJ-nin atdan yıxılan futbolçusu ilə bağlı yeni xəbər
PSJ-nin qapıçısı Serxio Rikonun vəziyyəti sabit olaraq qalır.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Rikonun vəziyyəti sabit və ağır olaraq qalır. Futbolçu sakitləşdirici dərmanların təsiri altında reanimasiyadadır. Həkimlər onun vəziyyətini izləyirlər.
Xatırladaq ki, may ayında Riko atdan yıxılaraq ağır kəllə-beyin travması almışdı. 29 yaşlı qolkiperə beyin qanaması diaqnozu qoyulub.
Serxio Rikonun həyat yoldaşı Alba Silva onun vəziyyətinin getdikcə yaxşılaşdığını bildirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin