PSJ-nin rəqibi təhqir edən 4 futbolçusu cəzalandırılıb

PSJ-nin 4 futbolçusu “Marsel” klubunu təhqir etdiyi üçün bir oyunluq cəza alıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, PSJ – “Marsel” oyunundan (4:0) sonra parislilərin futbolçuları Osman Dembele, Əşrəf Hakimi, Kolo Muani və Leyvin Kurzava azarkeşlərlə birlikdə Marsel təmsilçisinin ünvanına təhqiramiz şüarlar səsləndiriblər. Onlar bu səbəbdən, 8-ci turda “Renn”lə matçda iştirak edə bilməyəcəklər.

Həmçinin, Fransa Peşəkar Futbol Liqasının İntizam Komitəsi PSJ-nin stadionundakı azarkeş tribunasını iki matç üçün (biri şərti olaraq) bağlamaq qərarına gəlib.

PSJ hazırda Liqa 1-də 7 turdan sonra 12 xalla 5-ci yerdədir. “Marsel” 9 xalla 12-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button