PSJ-ni tərk etməyə hazırdır
PSJ-nin yarımmüdafiəçisi Marko Verratti Paris təmsilçisini tərk etməyə hazırdır.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, futbolçunun bu qərarı verməsinə səbəb son aksiyaların birində azarkeşlərin ona, Lionel Messiyə və Neymara qarşı xoşagəlməz çıxışları olub.
30 yaşlı futbolçunun yaxınları məsələ ilə bağlı durumu belə izah edib:
“Marko artıq PSJ-də xoşbəxt ola bilməz. Azarkeşlərin o cür çıxış etməsi Verratti üçün böyük zərbə oldu”.
İtaliyalı futbolçu ötən il paytaxt klubu ilə 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulan yeni müqavilə imzalasa da, cərəyan edən hadisələr onun başqa təklifləri dəyərləndirməsinə gətirib çıxara bilər.
Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal” onunla maraqlanan klublardandır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin