
“PSJ-ni izləmək Qvardiolanın “Barselona”sını izləmək kimidir”
“Liverpul”un sabiq futbolçusu Cimi Karrager Klublararası dünya çempionatının yarımfinal mərhələsinin PSJ – “Real” matçı (4:0) haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“PSJ-ni izləmək Pep Qvardiolanın “Barselona”sını izləmək kimidir. Bu komanda üçün bundan yaxşı kompliment tapa bilmirəm”.
PSJ Klublararası dünya çempionatının finalına yüksəlib. Parislilər iyulun 13-də ABŞ-da keçirilən turnirin finalında “Çelsi” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



