PSJ-ni çempion etsə də, istefaya göndərilir

Bu mövsüm PSJ ilə vaxtından əvvəl ölkə çempionu olan Maurisio Poçettino Paris təmsilçisindən göndərilə bilər.

Komanda.az xəbər verir ki, klub rəhbərliyi argentinalı mütəxəssislə mövsümün sonunda vidalaşmağa hazırlaşır.

İddiaya görə, PSJ rəhbərliyi Poçettinonun əvəzində bu posta hazırda “Tottenhem”i çalışdıran Antonio Konteni gətirməyi planlaşdırır. İtaliyalı mütəxəssislə danışıqlar uğurlu alınsa, Poçettino da əks düşərgəyə – sabiq klubu “Tottenhem”ə qayıdacaq. PSJ-nin baş məşqçi postuna digər namizəd isə hazırda işsiz olan Zinədin Zidandır.

Xatırladaq ki, PSJ Liqa 1-in 34-cü turu çərçivəsində “Lans”la oyunda (1:1) xal itirsə də, sona 4 tur qalmış çempionluğu təmin edib. Bu, parislilərin son 10 ildəki 8-ci çempionluğudur.

Poçettino ötən ilin əvvəlindən PSJ-yə rəhbərlik edir. O, ilk mövsümündə bu komandanı Fransa kubokunun və Fransa superkubokunun qalibi etmişdi. Paris təmsilçisi bu mütəxəssisin rəhbərliyi altında bütövlükdə 80 matça çıxıb, 54 qələbə qazanıb, 11 heç-heçə edib, 15 məğlubiiyyətə üzülüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button