PSJ Neymarı üç həftəlik itirdi

Braziliya millisinin və Fransa çempionu PSJ-nin hücumçusu Neymarın durumuna aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində “Başakşəhər”lə Türkiyədəki matçda (2:0) zədələnən futbolçu tibbi müayinədən keçib.

Onun əzələsindən xəsarət aldığı aşkarlanıb. Neymar ən azı üç həftəlik yaşıl meydanlardan kənar qalacaq. O, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra məşqlərə qatıla biləcək. Neymar Çempionlar Liqasının “Leypsiq”, Liqa 1-in “Nant” və “Renn”lə görüşlərini buraxacaq.

Qeyd edək ki, Neymar İstanbuldakı matçın 26-cı dəqiqəsində əvəzlənmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button