PSJ Neymarı satmağa hazırdır
PSJ Neymarla yollarını ayırmağa hazırdır.
Komanda.az “Telefoot”a istinadən xəbər verir ki, Fransa klubu yaxşı təklif alacağı təqdirdə, braziliyalı hücumçunu saxlamayacaq. Amma Neymarın PSJ-də aldığı maaşın çoxluğu onun başqa kluba keçidinə ən böyük əngəldir.
PSJ-nin Neymarı təxminən 100 milyon avroya satmaq istədiyi bildirilir.
30 yaşlı futbolçunun Paris klubu ilə hazırkı müqaviləsi 2025-ci ildə başa çatır.
Neymar bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 20 oyuna çıxıb, 5 qol vurub. O, ötən ilin noyabr ayında aldığı zədə səbəbindən mövsümün çox hissəsini buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin