PSJ Neymarı icarəyə verməyə hazırdır

PSJ rəhbərliyi bu yay braziliyalı futbolçu Neymarla yollarını ayırmaq niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə “El Pais” nəşri məlumat yayıb. Xəbərdə bildirilir ki, klub artıq futbolçuya növbəti mövsümü icarə əsasında başqa komandada keçirəcəyi barədə məlumat verib. Parislilər ona maaşını tam ödəyəcəklər.

Neymarla “Çelsi”, “Yuventus”, “Mançester Yunayted” və “Barselona” maraqlanır.

Neymar ötən mövsüm PSJ-nin heyətində 28 oyuna çıxıb, 13 qol vurub və 8 məhsuldar ötürmə edib.

30 yaşlı braziliyalı 2017-ci ildən PSJ-də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci il iyunun 30-na kimidir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button