PSJ Neymardan razıdır

PSJ braziliyalı hücumçu Neymarla işləməyə davam etməkdən məmnundur. Daha əvvəl o, başqa kluba keçəcəyi ilə bağlı yayılan məlumatları təkzib etmişdi.

Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, Paris klubu futbolçunun komandada qalmaq qərarından və yeni mövsüm üçün əhval-ruhiyyəsindən razı qalıb.

31 yaşlı Neymarın PSJ ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır. O, 2017-ci ildə “Barselona”dan Paris klubuna keçib.

Neymar 2022/23 mövsümündə parislilərin heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button