PSJ “Napoli”nin hücumçusu üçün ilk təklifi edib

PSJ “Napoli”nin hücumçusu Viktor Osimhen üçün ilk təklifini edib.

Komanda.az xəbər verir ki, Neapolun “İl Mattino” qəzetinin yazdığına görə, parislilər nigeriyalı hücumçu üçün 110 milyon avro təklif etsə də, bu məbləğ “Napoli”ni qane etmir.

Osimhenin agenti Roberto Kalenda futbolçunun belə bir məbləğə buraxılmayacağını bildirib. PSJ hələlik “Napoli”nin tələblərini təmin etmək niyyətində deyil.

PSJ Osimhenə illik 12 milyon avroluq müqavilə təklif etməyə hazırdır. Osimhenin agenti ümid edir ki, PSJ daha yaxşı bir təklif verəcək.

Məlumatda qeyd olunur ki, PSJ-nin yeni baş məşqçisi Luis Enrike Osimheni komandada görməyi çox istəyir.

24 yaşlı hücumçu ötən mövsüm “Napoli”nin heyətində bütün turnirlərdə meydana çıxdığı 39 oyunda 31 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button