
PSJ onunla danışıqlara başlayıb
PSJ-nin futbolçusu Markinyos klubdakı gələcək taleyi barədə açıqlama verib.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, yeni müqavilənin imzalanması üçün danışıqların aparıldığını bildirib:
“Bəli, biz yeni müqavilənin imzalanması ilə bağlı müzakirələr edirik. Danışıqlar çox yaxşı gedir”.
Braziliyalı müdafiəçi 2013-cü ilin iyulundan PSJ-də çıxış edir. 28 yaşlı futbolçunun klubla müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədərdir.
O, 2022/23 mövsümündə Paris klubunun heyətində 23 matça çıxıb və 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin