
PSJ müdafiəçisi ilə yeni müqavilə imzaladı, maaşı artırıldı
Ekvadorlu müdafiəçi Villian Paço PSJ ilə yeni müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
24 yaşlı futbolçu müqaviləsinin müddətini 2030-cu ilə qədər uzadıb. Yeni anlaşmaya əsasən, onun maaşı artırılacaq. Rəsmi açıqlamanın yaxın bir neçə həftə ərzində verilməsi gözlənilir.
Paris klubu Paçonu 2024-cü ildə Frankfurt “Ayntraxt”ından transfer etmişdi. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 13 oyunda iştirak edib və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



