PSJ mövsümü inamlı qələbə ilə başa vurdu

Fransa Liqa 1-də mövsümə yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün sonuncu – 34-cü turun oyunları keçirilib.

Çempion olmuş PSJ evdə “Oser”ə qalib gəlib. Lion “Olimpik”i “Anje”ni, Marsel “Olimpik”i də “Renn”i məğlub yola salıb. “Monako” isə səfərdə “Lans”a böyük hesabla uduzub.

Beləliklə, PSJ mövsümü 84 xalla zirvədə tamamlayıb. Marsel “Olimpik”i 65 xalla ikinci, “Monako” 61 xalla üçüncü yeri tutub. “Nitsa” və “Lill” 60, Lion “Olimpik”i və “Strasburq” 57, “Lans” 52, “Brest” 50 xal toplayıb. 33 xalla 16-cı olan “Reyms”i elitada qalmaq üçün pley-off mübarizəsi gözləyir. 30 xalla 17-ci olmuş “Sent Etyen” və 16 xalla sonuncu yeri tutmuş “Monpelye” isə elitanı tərk ediblər.

Fransa Liqa 1
34-cü tur

17 may

Lans – Monako 4:0
Qollar
: Əl-Aynaui, 21; 56. A.Tomasson, 73. Zaruri, 78.

Lill – Reyms 2:1
Qollar
: Kabella, 37. Akpom, 86-pen – Akieme, 60.

Olimpik (Lion) – Anje 2:0
Qollar
: Lyakazett, 55-pen. 72.

Olimpik (Marsel) – Renn 4:2
Qollar
: Qrinvud, 21-pen; 45+1. Rabyo, 38; 90+2 – Kone, 14. K.Qomes, 77.

Nant – Monpelye 3:0
Qollar
: Simon, 18-pen. Koklen, 31. Ablin, 79.

Nitsa – Brest 6:0
Qollar
: Gessan, 16. Labord, 19; 75. Buanani, 28-pen. Moffi, 82. Abdi, 90+4.

Sent Etyen – Tuluza 2:3
Qollar
: Tardieu, 38. Batubinsika, 63 – Kamanzi, 10. Kinq, 15. Qboho, 58.

PSJ – Oser 3:1
Qollar
: Kvaratsxeliya, 59; 88. Markinyos, 67 – Sinayoko, 30.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button