PSJ “Monako”nu məğlub yola saldı

Futbol üzrə Fransa çempionatında 18-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, açılış matçında “Nant” doğma meydanda “Lans”ı qəbul edib. Beş qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Şənbə günü iki qarşılaşma baş tutub. Səfərdə “Brest”lə qarşılaşan “Monpelye” 4 cavabsız qola sevinib. “Reyms” isə “Sent-Etyen”lə oyundan inamlı qələbə ilə ayrılıb.

“Lill” bu turda “Lion”la üz-üzə gəlib. Bu oyunda qapılara qol vurulmayıb. “Marsel” isə “Strasburq” səfərindən inamlı qələbə ilə dönüb.

Turun mərkəzi görüşü Parisdə keçirilib. Lider PSJ burda “Monako”nu 2 cavabsız qolla üstələyib.

Fransa Liqa 1, 18-ci tur

10 dekabr

Nant – Lans 3:2
Qol
: Muani, 49; 57. Simon, 90 – Kosta, 7. Kalimuendo, 14.

11 dekabr

Brest – Monpelye 0:4
Qol
: Vahi, 45+1. Mavididi, 47. Sambiya, 60. Jermen, 85.

Reyms – Sent-Etyen 2:0
Qol
: Ture, 23-pen. Mbuku, 89.

12 dekabr

Lill – Lion 0:0

Anje – Klermon 0:1
Qol
: Bayo, 84.

Mets – Loryan 4:1
Qol
: Sarr, 5. Yens, 9-öz qapısına. Bulaya, 19. Niane, 80 – Yens, 69.

Renn – Nitsa 1:2
Qol
: Buriqe, 59 – Dolberq, 19-öz qapısına. Atal, 51.

Trua – Bordo 1:2
Qol
: Şavalerin, 28 – Salmye, 30-öz qapısına. Huanq, 54.

Strasburq – Marsel 0:2
Qol
: Dienq, 62. Çaleta-Çar, 82.

PSJ – Monako 2:0
Qol
: Mbappe, 12-pen; 45.

Bombardir: Conatan David (“Lill”) – 11 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button