PSJ “Monako”nu darmadağın etdi

Futbol üzrə Fransa çempionatında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib.

Komanda.az xəbər verir ki, 12-ci turdan təxirə salınmış “Nim” – “Renn” matçında qonaqlar minimal hesabla üstün olublar.

16-cı turdan təxirə salınmış “Amyen” – “Reyms” qarşılaşmasında qalib müəyyənləşməyib.

15-ci turdan təxirə salınmış oyunda isə lider və son çempion PSJ “Monako” ilə qarşılaşıb. Beş qolun qeydə alındığı bu görüşdə Paris təmsilçisi rəqibini səfərdə darmadağın edib.

Fransa, Liqa 1

15 yanvar

12-ci turun oyunu

Nim – Renn 0:1
Qol
: Hunu, 64.

16-cı turun oyunu

Amyen – Reyms 1:1
Qol
: Konate, 54 – Kutesa, 45+1.

15-ci turun oyunu

Monako – PSJ 1:4
Qol
: Bakayoko, 87 – Mbappe, 24; 90+1. Neymar, 45+2-pen. Sarabia, 72.

Bombardir: Vissam Ben Yedder (Monako) – 14 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button