PSJ Messi ilə yollarını ayıracağını rəsmən açıqladı
Fransanın PSJ klubu argentinalı hücumçusu Lionel Messinin cari mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.
Komanda.az xəbər verir ki, bu barədə klub müvafiq bəyanat yayıb.
Klubun sahibi Nasser Əl-Xəlaifi Messiyə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Messi 2021-ci ilin yayından PSJ-də forma geyinirdi. O, Paris təmsilçisində 74 matçda 32 qol və 35 məhsuldar ötürmə müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin