PSJ Messi ilə müqaviləni uzada bilər – Qalte də təsdiqlədi
PSJ-nin hücumçusu Lionel Messi klubla müqavilənin müddətini uzada bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən, argentinalı 2024-cü ilə qədər Liqa 1 təmsilçisinin formasını geyinəcək. Bununla da 35 yaşlı futbolçu 40 milyon avro qazanacaq.
PSJ-nin baş məşqçisi Kristof Qalte klubun Messi ilə cari müqavilənin müddətini uzatmaq üçün danışıqlar apardığını təsdiqləyib.
Cənubi Amerikalı hücumçu bu mövsüm Fransa təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla, 19 oyuna çıxıb, 12 qol vurub və 14 məhsuldar ötürmə edib.
Messinin PSJ ilə hazırki müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin