PSJ futbolçusu ilə müqavilə müddətini uzadıb
PSJ müdafiəçisi Nuno Mendeşlə müqavilə müddətini uzadıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, müqavilə dekabrda razılaşdırılıb və indi imzalanma baş tutub. Fransa klubu yaxın vaxtlarda bu məsələ ilə bağlı rəsmi açıqlama verəcək.
22 yaşlı futbolçu hazırda PSJ-nin ən yüksək maaş alan futbolçuları sırasındadır. Onun yeni müqaviləsi daha beş il davam edəcək. Mendeş ümumilikdə parislilərin heyətində 107 oyun keçirib, 4 qol vurub və 14 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin