PSJ Mbappeyə mane ola bilməyəcək

PSJ-nin hücumçusu Kilian Mbappe digər klublarla danışıqlar aparmaq hüququ əldə edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mbappenin hazırkı müqaviləsi 2024-cü il iyunun 30-da başa çatır və o, həmin vaxt azad agent olacaq. Bu isə o deməkdir ki, Paris klubu növbəti 6 ayda forvardın digər klublarla danışıqlarına mane ola bilməyəcək.

Mbappe ilə “Real” və “Liverpul”un maraqlandığı iddia edilir. PSJ isə fransalı oyunçu ilə müqaviləni uzatmaq istəyir.

PSJ Mbappeni 2018-ci ildə “Monako”dan alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button