Mbappe ilə PSJ arasında 55 milyon avroluq dava
Kilian Mbappe bu ilin yayında azad agent kimi PSJ-dən “Real”a keçib.
Mbappe indi 55 milyon avro borcun ödənilməsini tələb edərək, keçmiş klubunu məhkəməyə verib. Fransa Peşəkar Futbol Liqasının hüquq komissiyası PSJ-dən Mbappeyə bu borcu ödəməyi tələb etsə də, klub işi daha yüksək məhkəmədə davam etdirməkdə qərarlıdır.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, hüquq komissiyasının qərarından sonra PSJ Mbappeyə iki sözlük mesaj göndərib:
“Ödəniş etməyəcəyik!”
Paris klubunda azad agent kimi ayrıldıqdan sonra Mbappeyə bu məbləği ödəməməli olduqlarına inanırlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin