
PSJ-dən Mbappeyə cavab: “…onun “məktəbi yoxdur”
Kilian Mbappe “Real”a keçdikdən sonra PSJ-nin onu keçən il bir mövsüm futbolsuz qoymaqla hədələdiyini bildirib.
Komanda.az AS-a istinadən xəbər verir ki, Paris klubu 25 yaşlı futbolçunun səs-küylü açıqlamasına qısa cavab verib. Belə ki, PSJ Mbappenin sözlərindən kədərləndiklərini bildirib. Klub həmçinin qeyd edib ki, Kilian bu cür açıqlamalar verməyə davam edərsa, onun “məktəbi yoxdur”.
Eyni zamanda, PSJ-dəki mənbə bildirib ki, klub prezidenti Nasser Əl-Xələfi heç vaxt komandanın baş məşqçisinin oyunçu seçiminə qarışmayıb.
Mbappe “Real”la 5 illik müqavilə bağlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin