PSJ “Atletiko”nun hücumçusunu transfer etmək istəyir

İspaniya “Atletiko”sunun hücumçusu Antuan Qrizmann karyerasını Fransada davam etdirə bilər.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, PSJ onu Kilian Mbappenin əvəzləyicisi kimi görür. Qrizmannın sərbəstqalma məbləği 25 milyon avrodur.

Öncədən Mbappe yayda Paris klubunu tərk etmək niyyətində olduğunu demişdi.

Antuan Qrizmann 2022/23 mövsümündə “hindular”ın heyətində 48 oyunda 16 qol vurub və 17 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button