PSJ mərakeşli futbolçuya yeni müqavilə təklif edəcək
PSJ müdafiəçi Əşrəf Hakimi ilə müqaviləni uzatmaq istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubunun rəhbərliyi 25 yaşlı mərakeşli futbolçuya 2028 və ya 2029-cu ilə qədər olan müqavilə təklif etmək niyyətindədir.
Hakiminin klubla hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. O, bu mövsüm 19 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin