PSJ-nin hədəfindədir – “Liverpul”un müdafiəçisi

“Liverpul”un müdafiəçisi İbrahima Konate klubunu dəyişə bilər.

Komanda.az AS-a istinadən xəbər verir ki, PSJ fransalı futbolçunu transfer etməkdə maraqlıdır. Paris klubunu Konatenin çoxyönlü olması cəlb edir. 

Eyni zamanda, “Liverpul” 25 yaşlı futbolçunu buraxmaq istəmir və ona yeni müqavilə təklif etmək niyyətindədir. Tərəflər arasında mövcud müqavilə 2026-cı ilin yayında başa çatır. 

Konate ötən mövsüm Premyer Liqada 22 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button