PSJ “Liverpul”un futbolçusuyla razılığa gəldi
“Liverpul”un futbolçusu Ceyms Milner karyerasını Fransada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi PSJ-nin diqqət mərkəzinə düşüb. Bu barədə Fransa mətbuatı məlumat yayıb. “Liverpul”la müqaviləsi mövsümün sonunda bitən Milner, Paris təmsilçisinə azad agent kimi keçə bilər. Tərəflər arasında ilkin razılığın əldə olunduğu bildirilir.
2015-ci ildən “Liverpul”da forma geyinən Milner, geridə qalan mövsümdə Premyer Liqada 31 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin