PSJ ondan əl çəkmir

PSJ “Ayntraxt”ın (Frankfurt) hücumçusu Randal Kolo-Muanini transfer etməkdə israrlıdır.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, Liqa 1 klubu bu həftə oyunçunu heyətinə qatmağa çalışacaq.

Parislilər öncədən fransalı futbolçu üçün “Ayntrax”a 7 milyon avroluq təklif göndərsə də, onlar bunu qəbul etməyib. Buna görə də, PSJ Kolo-Muani üçün Bundesliqa təmsilçisinə yeni təklif göndərəcək.

24 yaşlı futbolçu cari mövsümdə “Ayntraxt”da 2 oyuna çıxıb və 2 qol vurub. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button