“Neymar “Barselona”ya qayıtmaq istəyirdi?”

PSJ klubunun prezidenti Nasser Əl Xələfi “Barselona”nın bir neçə dəfə Neymarı transfer etmək istədiyini deyib.

Komanda.az “Lequipe”yə istinadən xəbər verir ki, Xələfi, braziliyalı hücumçunun bu təkliflərə “yox” dediyini bildirib:

“Barselona” həmişə Neymarı geri qaytarmaq istəyib. Bu, heç kimə sirr deyil. Neymar “Barselona”ya qayıtmaq istəyirdi? Yox”.

Neymar 2017-ci ildə “Barselona”dan PSJ-yə keçib. Hücumçu bir müddət əvvəl Paris klubu ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button