Leonardo: “Mbappenin bizimlə qalmasını istəyirik”

PSJ klubunun idman direktoru Leonardo komandanın hücumçusu Kilian Mbappe haqda açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı funksioner, Mbappenin PSJ-də qalmasını istədiklərini deyib:

“Mbappe qərar vermək üçün düşünəcək. 22 yaşı var, amma çox peşəkar biridir.

Dünyanın ən yaxşı oyunçusu haqda danışırıq. Müqaviləsinin müddəti bitir və daha əvvəl klubla arasında bir az gərginlik ola bilər. Amma indi hər şey iki tərəf üçün müsbət yöndə irəliləyir.

Çətin vəziyyətdir. Onun bizimlə qalmasını istəyirik. Eyni zamanda, onun qərarlarına da hörmətlə yanaşmalıyıq. Məncə, onunla müqaviləni yeniləmək üçün hələ şansımız var”.

Mbappenin PSJ ilə müqaviləsi 2022-ci ilin yayında bitir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button