“Zidanla Parisdə oteldə görüşdüyümüzü düşünməyiniz gülüncdür” – PSJ rəsmisi
PSJ klubunun idman direktoru Leonardo komandanın baş məşqçisi Maurisio Poçettinonun vəzifəsindən ayrılacağı, onun yerinə Zinəddin Zidanın gətiriləcəyi iddiaları ilə bağlı danışıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı futbol funksioneri, Poçettinonun işində qalacağını söyləyib:
“Gündəmdə yanlış xəbərlər gəzir. Bu vəziyyətə son qoymaq lazımdır. Poçettinonun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir. Onun komandadan ayrılmasını istəmirik. Heç bir klub Poçettino üçün bizimlə əlaqə qurmayıb.
Zidanla Parisdə otellərin birində görüşdüyümüzü düşünməyiniz gülüncdür. Ona futbolçu və məşqçi kimi böyük hörmətimiz var. Ancaq sizi əmin edirəm ki, onunla heç bir əlaqəmiz olmayıb”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin