Neymar qərarını verdi
PSJ klubunun futbolçusu Neymar açıqlama verib.
Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan braziliyalı futbolçu, PSJ-də qalmaq istədiyini deyib:
“Burda xoşbəxtəm və daha çox PSJ-də qalmaq istəyirəm. Ümid edirəm ki, Kilian Mbappe də burda qalmaq istəyir. Bu, təkcə mənim deyil, bütün azarkeşlərin arzusudur. Hər birimiz PSJ-nin böyük bir klub olmasını istəyirik. İndi həm içimdə, həm də ətrafımda bəzi şeylərin yaxşılığa doğru dəyişdiyini hiss edirəm”.
Neymarın PSJ ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin