
PSJ-də itki – “Real”la oyunu buraxa bilər
PSJ klubu itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Paris təmsilçisinin yarımmüdafiəçisi Leandro Paredes sıradan çıxıb. Bu barədə “Lequipe” nəşri məlumat yayıb.
Argentinalı yarımmüdafiəçi Fransa Liqa 1-də “Renn”lə matçı (11 fevral) buraxacaq. Paredesin Çempionlar Liqasında “Real”a qarşı keçiriləcək ilk oyunda iştirakı sual altındadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin