PSJ onu buraxmayacaq – Menecer yeni müqavilədən danışdı
PSJ klubu futbolçusu Tiaqo Silvanın müqaviləsinin müddətini artıracaq.
Komanda.az xəbər verir ki, bu barədə braziliyalı müdafiəçinin meneceri Paulo Tonyetto İtaliya mətbuatına açıqlamasında deyib:
“Narahat deyilik, Tiaqo özünü Parisdə çox yaxşı hiss edir. O, möhtəşəm komandada oynayır və xoşbəxtdir. Yanvarda PSJ rəhbərliyi ilə yeni müqavilənin danışıqlarına başlayacağıq”.
2012-ci ildən PJS-də forma geyinən Silvanın müqaviləsi mövsümün sonuna kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin