PSJ 55 illik rekordu təkrarladı
PSJ klubu Fransa Liqa 1-də 2-ci tur çərçivəsində “Renn”ə məğlub olub.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Paris təmsilçisi 1:2 hesabıyla bitən matçda yeni uğura imza atıb. Belə ki, Tomas Tuxelin rəhbərlik etdiyi kollektiv ölkə çempionatında ardıcıl 40 oyundur ki, ən azı 1 qol vurur. Daha əvvəl bu göstəriciyə 1964-cü ildə “Rasinq” klubu nail olmuşdu. Komanda ardıcıl 40 oyunda fərqlənmişdi.
PSJ növbəti turda “Tuluza”ya qarşı matçda da qol vursa, Liqa 1-də bu göstəricidəki rekordu təzələyəcək.
PSJ – “Tuluza” matçı avqustun 25-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin