PSJ-dən açıqlama: “Mətbuatda hansısa saxtakarlıqların yayıldığını görmək xoşagəlməzdir”

PSJ komandanın hücumçusu Kilian Mbappe ilə klub prezidenti Nasser Əl-Xələfi arasında yayılan münaqişə xəbərlərini şərh edib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, klub yayılan bu məlumatları təkzib edib:

“Mətbuatda hansısa saxtakarlıqların yayıldığını görmək xoşagəlməzdir. Mübahisə yox idi. Klub prezidenti və Mbappe yayda futbolçunun gedişinin bütün təfərrüatlarını yekunlaşdırmaq üçün oyunlardan əvvəl mütəmadi olaraq görüşürdülər”.

Daha əvvəl 25 yaşlı hücumçu cari mövsümün sonunda Fransa klubundan ayrılacağını açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button