PSJ Kavani ilə bağlı qərarını verdi
Fransanın PSJ klubu hücumçusu Edinson Kavani ilə bağlı qərarını verib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi klubla müqaviləsi 2020-ci ildə başa çatacaq uruqvaylı futbolçunu mövsümün sonunda satmaq qərarına gəlib.
PSJ-nin “Atletiko”nun və “Napoli”nin yaxından maraqlandığı futbolçu üçün azı 49 milyon avro istədiyi bildirilir.
2013-cü ildən Paris klubunun şərəfini qoruyan 32 yaşlı hücumçu, bu mövsüm iştirak etdiyi 27 oyunda 22 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin