Luis Enrike onun transferində israrlıdır

“Atletik”in (Bilbao) oyunçusu Niko Uilyams karyerasını Fransada davam etdirə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, PSJ 21 yaşlı ispaniyalı futbolçunu sıralarına qatmaq istəyir. Komandanın baş məşqçisi Luis Enrike şəxsən Uilyamsı transfer etməkdə israrlıdır.

Uilyamsın start qiyməti 60 milyon avrodur.

Uilyams İspaniya çempionatının bu mövsümündə 26 oyun keçirib, 3 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button