PSJ Mbappeni əvəz edəcək futbolçunu tapıb

PSJ bu yay “Real”a keçən Kilian Mbappenin itkisini kompensasiya etmək niyyətindədir.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, parislilər hücum xəttini gücləndirməyə ümid etdikləri futbolçunu tapıblar. Belə ki, Fransa nəhəngi İspaniya millisinin və “Atletik”in hücumçusu Niko Uilyamsı hədəfləyib.

21 yaşlı futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir və onun satınalma məbləği 60 milyon avrodur.

Uilyams İspaniya çempionatının ötən mövsümündə 31 oyun keçirib, 5 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button