PSJ “İnter”ə rəqib oldu – Serbiyalı üçün

Uzun müddətdir “İnter”in maraq dairəsində olduğu deyilən “Latsio”nun futbolçusu Sergey Milinkoviç-Saviç daha bir klubun hədəfindədir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, PSJ 25 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Məlumata görə, futbolçu parislilərin yay transfer pəncərəsi dövrü üçün əsas hədəfidir. Fransa təmsilçisi serbiyalı futbolçu üçün danışıqlara başlamağa hazırdır.

“Latsio” Milinkoviç-Saviç üçün 100 milyon avro tələb edir.

Klubla müqaviləsi 2024-cü ilin iyulunadək nəzərdə tutulan futbolçu, cari mövsümdə 31 oyunda 5 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button